Bakıda karantini pozan restoran aşkarlandı
18 sentyabr 2020 11:15 (UTC +04:00)

Bakıda karantini pozan restoran aşkarlandı

Bakının Sabunçu rayonunda karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, “102 Zəng Mərkəzi”nə daxil olan məlumat əsasında Sabunçu rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

# 1198
avatar

Mehman Nəbiyev

Oxşar yazılar