" Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycanı o təmsil edəcək
18 sentyabr 2020 10:39 (UTC +04:00)

" Avroviziya-2021" mahnı müsabiqəsində Azərbaycanı o təmsil edəcək

Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqlənib.

Bu barədə Lent.az-a İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.  O bildirib ki,  gələn il Niderland Krallığının Rotterdam şəhərində keçiriləcək mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

Mayın 18, 20 və 22-də Rotterdamda baş tutacaq "Avroviziya-2021" mahnı müsabiqəsində ölkəmizi Samirə Əfəndi təmsil edəcək.

Qeyd edək ki, dünyanın ən baxımlı və populyar mahnı müsabiqəsi olan “Avroviziya"nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2021” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri bəstəkar İsa Məlikovdur.

# 2227
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar