Bakıda qadını qaynı öldürdü - MƏHKƏMƏ
17 sentyabr 2020 17:29 (UTC +04:00)

Bakıda qadını qaynı öldürdü - MƏHKƏMƏ

Mart ayında Qaradağda qadının öldürülməsi ilə bağlı açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

Qarada rayon Prokurorluğundan Lent.az-a daxil olan xəbərə görə, cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, bu il martın 26-da Qaradağ rayonu ərazisində Laləzar Kərimliyə çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsi faktı üzrə  Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə Qaradağ rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin qayını Səbuhi Kərimovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Laləzar Kərimlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

# 3463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar