İranda koronavirusdan ölənlərin sayı 176 nəfər artdı
17 sentyabr 2020 13:34 (UTC +04:00)

İranda koronavirusdan ölənlərin sayı 176 nəfər artdı

İranda ötən sutka ərzində koronavirusdan (COVID-19) 176 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 23 808 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 2 815 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 413 149 nəfərə yüksəlib.

O əlavə edib ki, İranda indiyədək 35 848 nəfər koronavirusdan sağalıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1293

Oxşar yazılar