Bakıda ad günü keçirən model saxlanıldı
17 sentyabr 2020 10:31 (UTC +04:00)

Bakıda ad günü keçirən model saxlanıldı

Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub.

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Qeyd edək ki, Günel Dəmirova tanınmış modeldir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3931

Oxşar yazılar