9 gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb
17 sentyabr 2020 03:15 (UTC +04:00)

9 gün əvvəl əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

Sentyabrın 8-də Mingəçevirdə aptekdə əri tərəfindən bıçaqlanan qadın bu gün xəstəxanada dünyasını dəyişib. 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, 1980-ci il təvəllüdlü, şəhər sakini Könül Mirzəyevanın həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gecə saatlarında dünyasını dəyişib. 

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda cinayət işi açılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2287

Oxşar yazılar