Bakıda gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB
17 sentyabr 2020 02:22 (UTC +04:00)

Bakıda gənci ürəyindən bıçaqlayan şəxs saxlanıldı - FOTO - YENİLƏNİB

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində ürəyindən ağır bıçaq xəsarəti alan paytaxt sakini 26 yaşlı Musayev Orxan Elçin oğlu qaynının avtomobili ilə 3 saylı şəhər xəstəxanasına gətirilib. 

APA xəbər verir ki, həkimlərin müdaxiləsinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb. 

Dərhal araşdırmalara başlayan Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları qətli törətməkdə şübhəli bilinən 20 yaşlı Cərullayev İmran Rasim oğlunun yerini isti izlərlə müəyyən edərək saxlayıblar. 

İlkin məlumata görə, cinayəti törədən İmran Cərullayevin Orxan Musayevə 50 manat borcu olub. Cinayət də məhz bu səbəbdən baş verib. 

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

***

16 sentyabr, saat 23:04

Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Bakıxanov  qəsəbəsində qeydə alınıb.

26 yaşlı Musayev Orxan Elçin oğlu ürəyindən bıçaqlanaraq qətlə yetirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2526

Oxşar yazılar