Amerikalı rəssam Leninin nəşini almaq istəyir
16 sentyabr 2020 19:09 (UTC +04:00)

Amerikalı rəssam Leninin nəşini almaq istəyir

Amerika rəssamı Devid Datuna Leninin nəşini almaq istəyir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, rəssam Vaşinqtonda Mavzoleyin eynisini tikmək niyyətindədir.

Rəssamın mətbuat xidmətindən bildirilib ki, o, bu addımını ABŞ-da dəyişiklik və sosial-kommunizmə meyllə əlaqələndirib: “Bütün ömür boyu kredit ödəməyə məhkum olmuş və azad şəkildə səhiyyədən faydalana bilməyən amerikalılar aqressiv kapitalizm siyasətindən yorulublar”.

Rəssam Leninin nəşini əldə etmək üçün ilkin olaraq bir milyon dollar ödəməyə hazır olduğunu vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2277

Oxşar yazılar