Sosial şəbəkədə karantin qaydalarının pozulması ilə bağlı daha bir görüntü yayılıb.
Lent.az xəbər verir ki, görüntülərdə bir qrup gəncin karantin qaydalarına zidd olaraq, məclis təşkil etdiyi əks olunub.
Məclisdə iştirak edənlər arasında azərbaycanlı model Günel Dəmirova da var.
Məclisin harada təşkil edildiyi açıqlanmır.