Gəncə şəhər, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əliyev saxlanılıb.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, şəxsi axtarış zamanı ondan 8,9 qram, evindən isə 2 kiloqram 475 qram marixuana aşkar edilərək götürülüb.