230 milyon illik səyahət: Astma xəstələri bura gedərsə... - FOTOLENT
17 sentyabr 2020 12:19 (UTC +04:00)

230 milyon illik səyahət: Astma xəstələri bura gedərsə... - FOTOLENT

Konyanın Seydişehir mahalında olan 230 milyon illik Tinaztəpə mağarası, geoloji quruluşu və Türkiyənin ən uzun mağarası olması ilə görənləri tilsimə salır. Mağara, Seydişehir-Antalya magistral yolunda yerləşən Toros dağları üzərindədir.

1968-ci ildə fransız alimi Mişel Bakaloviçin kəşf etdiyi mağara onu görənləri valeh edir. Mişel Bakaloviç bu bölgədə mağaranı kəşf etməsi ilə yerin geoloji quruluşunun özünəməxsusluğunu görür və ərazinin eskizini çəkir. Mağarada tibbi araşdırmalar aparan alim, hesabatında Tınaztepe mağaralarının astma xəstələri üçün təbii bir müalicə üsulu ola biləcəyini bildirir.

Mişel Bakaloviçin araşdırmalarından sonra yayımlanan məqalələri ilə məşhur olan mağara, sonrakı dövrlərdə fərqli tədqiqat qruplarına ev sahibliyi edir. Kəşfindən iki il sonra başqa bir qrup bu təbii formasiyada su ehtiyatlarını araşdırmağa gəlir. Araşdırmalara əsasən, 22 kilometr uzunluğa sahib olan Tinaztəpə Türkiyənin ən uzun mağarası kimi təyin olunur. Türkiyədə birinci sırada yer alan Tınaztəpə, dünyanın ən uzun üçüncü mağarasıdır.

Əlbəttə, 22 km yolu piyada getmirsən. Mağaranın turizmə açılan hissəsi 1580 kilometrdir. Mağara ziyarətçilərə açılan hissəsi xaricində yeraltı göl kimi davam edən ərazisi ilə 22 kilometrə çatır. Yeraltı göldən mağaraya doğru irəliləyən sular əhəng daşı tuflarını əmələ gətirərkən, tavandan və yan səthlərdən sızan su travertenlər və sarkıtlar yaradır.

Mağaradakı ən yüksək temperatur 36 dərəcə olduğu halda, ən aşağı temperatur 18 olaraq ölçülüb. Mağaradakı ümumi döşəmə tavan hündürlüyü orta hesabla 5-7 metr olduğu halda, bəzi bölgələrdə bu məsafə 65 metrə çatır. Mağara daha çox gil daşı, qumdaşı, mərmər və konqlomeratdan ibarətdir. Bölgədə yaz aylarında qar və yağış suları yaxınlıqdakı dərələri, şəlalələri bəsləyir və ortaya cəlbedici görüntülər çıxır.

 

# 2161
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar