İki ərəb ölkəsi İsraillə münasibətlərin normallaşdırılmasına dair müqavilə imzaladı
15 sentyabr 2020 22:49 (UTC +04:00)

İki ərəb ölkəsi İsraillə münasibətlərin normallaşdırılmasına dair müqavilə imzaladı

 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Bəhreynin XİN rəhbərləri Şeyx Abdulla ibn Zaid əl-Nahayyan və Abdel Lətif əz-Zayani İsraillə əlaqələri normallaşdırmaq məqsədilə bu ölkənin baş naziri Benyamin Netanyahu ilə müqavilə imzalayıblar.

APA-nın “TASS”-a istinadən verdiyi məlumata görə, imzalama mərasimi ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilib. Tədbir ABŞ-ın əsas televiziya kanalları tərəfindən də yayımlanıb.

Razılaşmalara görə, İsrail İordan çayının qərb sahilində məskunlaşma ərazilərinə suverenliyin uzadılmasını dayandıracaq. Bu, Fələstin-İsrail münaqişəsinin həllinə dair ABŞ planında da nəzərdə tutulub.

İsrailin baş naziri Benyamin Netanyahu imzalama mərasimi öncəsi İsrailin BƏƏ və Bəhreynlə münasibətlərinin normallaşdırılmasının bölgədəki digər ərəb ölkələri ilə də sülhə yol açacağına və Ərəb-İsrail qarşıdurmasının sona çatmasına kömək edəcəyinə ümid etdiyini bildirib.

# 1432
avatar

Oxşar yazılar