12:58
15 Sentyabr 2020

63 yaşlı kişinin evdə meyiti tapıldı

Bakının Nizami rayonunda evdən meyit tapılıb.

Lent.az FHN-in rəsmi saytına istinadla bildirir ki, Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı nazirliyin qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 63 yaşlı İsmayılov Sədi Məmməd oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Dİgər xəbərlər