Elektromobillər üçün akkumulyatorlar TƏKMİLLƏŞDİRİLİR
15 sentyabr 2020 18:20 (UTC +04:00)

Elektromobillər üçün akkumulyatorlar TƏKMİLLƏŞDİRİLİR

“Hyundai Motor Group” və “SK Innovation” şirkətləri arasında elektrik mühərriklə təchiz edilən nəqliyyat vasitələri üçün akkumulyator ekosisteminin birgə inkişafı haqqında saziş imzalanıb.
 
Lent.az “ICTnews”a istinadən xəbər verir ki, tərəfdaşlıq elektromobillər üçün batareya təchizat zəncirinin stabilliyinin artırılması və xammalın emalından tutmuş, istehsala qədər bütün mərhələlərdə səmərəli resurs dövriyyəsinin yaradılması məqsədi daşıyır.

Şirkətlər akkumulyatorların dizaynını optimallaşdırmağa və onların təkrar istifadəsi üzrə yeni sxemlərin tətbiqinə kömək etmək niyyətindədirlər.
 
Fəaliyyət istiqamətlərindən biri “akkumulyator xidmət kimi” (BaaS) modelinin populyarlaşdırılması olacaq. Bu sxem batareyaların lizinq və icarə imkanını nəzərdə tutur. Belə yanaşmanın avtomobil şirkətləri və akkumulyator istehsalçıları arasında müxtəlif qarşılıqlı fəaliyyət sxemlərinin yayılmasını sürətləndirəcəyi gözlənilir.
 
Əməkdaşlığın ilkin mərhələsində şirkətlər tərəfindən “Kia Niro” elektromobillərinin akkumulyator blokları yığılaraq yoxlanılacaq. Məsələn, onlar elektromobillər üçün akkumulyatorların tətbiqinin səmərəliliyini və ekoloji təmizliyini artırmağa imkan verən həllərin axtarışı ilə məşğul olacaqlar.
 
Əməkdaşlığın əsas məqsədi akkumulyatorlar üçün effektiv istehsal-satış zəncirinin formalaşdırılması və elektromobillər üçün batareyaların istifadə dövriyyəsi ərzində əməliyyatların ekoloji təmizliyinin artırılmasıdır.

# 1681
avatar

Oxşar yazılar