Ütü kabusunuz olmasın! - 10 QIZIL QAYDA
14 sentyabr 2020 19:46 (UTC +04:00)

Ütü kabusunuz olmasın! - 10 QIZIL QAYDA

Paltar ütüləmək demək olar ki, hər kəsin xoşlamadığı bir ev işidir. Ütüləməyə çalışdığımız paltar qırışlı olmağa meyllidirsə probleminiz ikiqat artacaq. İşləyən, ya da işləməyən hər bir insanın ən böyük problemi qırışmış paltarlardır. Ancaq bir neçə fəndlə vaxtınıza qənaət edə və ütüləməyi rahat tamamlaya bilərsiniz.

Lent.az xarici KİV-ə istinadən həmin ipucuları sizə təqdim edir:

1. Hər şeydən əvvəl rahat olmağınız çox vacibdir. Ütü masanızın ölçüsünü öz hündürlüyünüzə görə seçin. Mümkün qədər dik durun, əyilməyin.

2. Ütüləyərkən oval hərəkətlərdən çəkinməlisiniz. Dairəvi hərəkətlər parçanın korlanmasına səbəb olur. Uzununa, irəli-geri formada ütüləsəniz qırışlar daha yaxşı açılacaqdır.

3. Paltarlarınızı etiketlərindəki istilik təlimatlarına uyğun ütüləsəniz, daha yaxşı nəticə əldə edəcəksiniz. Məsələn, sintetik və ipək kimi incə parçalara orta istilik, pambıq və kətan üçün yüksək istilik tələb olunur. Ütüdən əvvəl paltarınızı parça növünə görə ayırsanız və bu şəkildə ütüləməyə başlasanız, işiniz daha asan olacaq. Zəif istiliklə ütülənəcək paltarla başlayın və temperaturu artıraraq orta istilik və yüksək istiliklə ütülənəcək paltarla davam edin.

4. Paltar ütülədiyiniz zaman yanınızda su saxlayın. Səhv etsəniz, qırışmış yerə azca su səpib 1 dəqiqə gözləyin və ütü ilə üstündən keçin, səhvinizi qısa müddətdə düzəldə bilərsiniz.

5. Zərif parçaları ütüləyərkən parçanın üzərinə bir tülbənd və ya dəsmal kimi bir parça qoyun. Bu parça geyiminizi isti ilə birbaşa təmasda olmasına maneə törədir, beləliklə paltarlarınız zədələnməyəcəkdir. Sətin paltarlarınızın parlamamasını istəyirsinizsə, parça ilə ütü arasında tülbent qoya bilərsiniz.

6. Ütülədiyiniz paltarın yenidən qırışmaması və sizi məşğul etməməsi üçün prosesi bitirən kimi asacağın üstünə asın.

7. Köynək kimi ütülənməsi çətin paltarlar üçün müəyyən bir ardıcıllığa əməl edin. Əvvəlcə yaxanı, sonra qol uclarını, qolları, çiyinləri, qabağını ütüləyin. Sonda isə arxa hissəni ütüləyərək prosesi bitirin.

8. Böyük parçaları, xüsusilə pərdələri ütüləmək sizi qorxutmasın. Ütü masasının geniş ucundan istifadə edin və təkrar kirlənməməsi üçün yerə bir parça sərin.

9. Yüngül ləkələnmiş və ya tam olaraq təmizlənməmiş paltarları ütüləməkdən çəkinin. Çünki istinin təsiri ilə paltarınızdakı ləkələr sərt ləkəyə çevrilə bilər və təmizlənməsi çətinləşə bilər.

10. Ütünü geyimin üzərinə basmayın. Qırışların qüsursuz təmizlənməsi üçün güc deyil, istilik və buxar vacibdir. Bu səbəbdən yüksək buxar gücünə sahib ütü istifadə etmək daha məsləhətlidir. 

Evinizdə yığılan kiçik “dağlardan” qorxmayın. Sizin üçün təqdimf etdirdiyimiz paltar ütüləmə ipucları sayəsində ütü problemindən qısa müddətdə xilas ola bilərsiniz.

# 3238
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar