Bakıda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Lent.az xəbər verir ki, hadisə noyabrın 18-də Xəzər rayonu Qala qəsəbəsi ərazisində qeydə alınıb.
28 yaşlı Babayev Əli Vaqif oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə yolu keçən piyada 36 yaşlı Zeynalova Şahnaz Zeynal qızını vurub. Qadın aldığı xəasrətlərdən noyabrın 21-də Sabunçu Tibb Mərkəzində ölüb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, fakta görə cinayət işi başlanılıb. İstintaq hərəkəti aparılır.