Azərbaycanda 94 yaşında ailə quran oldu
14 sentyabr 2020 11:06 (UTC +04:00)

Azərbaycanda 94 yaşında ailə quran oldu

Cari ilin sentyabr ayının 1-dək qeydiyyat orqanları tərəfindən 23 min 533 nikah dövlət qeydiyyatına alınıb.

Lent.az-ın məlumatına görə, Ədliyyə Nazirliyindən Azvision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu dövrdə nikaha daxil olan şəxslər 17-94 yaş aralığında olublar.

Nazirlikdən bildirilib ki, cari ilin sentyabrın 1-dək nikaha daxil olan ən cavan cütlük 17-20, ən yaşlı cütlük isə 56-94 yaşında olub.

# 2929
avatar

Oxşar yazılar