Qubada ikimərtəbəli ev yandı
13 sentyabr 2020 21:14 (UTC +04:00)

Qubada ikimərtəbəli ev yandı

 

Quba rayonunun İkinci Nügədi kəndində yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 160 kv/m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət ev yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2542
avatar

Oxşar yazılar