Market əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlandı
13 sentyabr 2020 04:10 (UTC +04:00)

Market əməkdaşı naməlum şəxs tərəfindən bıçaqlandı

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. 

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonda yerləşən "Al market"də qeydə alınıb.  

Belə ki, marketin əməkdaşı, 1995-ci il təvəllüdlü Əliyev Mehman Faiq oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb. 

Bıçaqlanan şəxs cərrahi əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2137

Oxşar yazılar