Ermənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 21-ə çatdı
12 sentyabr 2020 15:52 (UTC +04:00)

Ermənistanda alkoqol zəhərlənməsindən ölənlərin sayı 21-ə çatdı

Ermənistanda alkoqoldan zəhərlənərək ölənlərin sayı 21-ə çatıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, avqustun 31-dən sentyabrın 12-dək Ermənistanda metanoldan 46 zəhərlənmə halı olub. Onlardan 21-i ölümlə nəticələnib, 25 nəfər isə müalicədən sonra evə buraxılıb. 

Xatırladaq ki, kütləvi zəhərlənməyə səbəb olmuş alkoqollu içkinin istehsalı ilə məşğul olan şəxslər artıq həbs olunub. Ermənistan Xüsusi İstintaq Xidməti Armavir sakini Aşot Ovsepyanın həbs olunduğu barədə açıqlama yayıb. Daha sonra isə bu işlə əlaqəli iki nəfər də həbs olunub. 

# 1462
avatar

Oxşar yazılar