15:31
12 Sentyabr 2020

Millimizin türk əsilli yarımmüdafiəçisi azərbaycanlı xanımla nişanlanıb - FOTO - VİDEO

"Sabah" klubunun futbolçusu, millimizin üzvü Ozan Can Kökçü azərbaycanlı xanımla nişanlanıb.

Lent.az -ın əldə etdiyi məlumata görə, 22 yaşlı türk əsilli yarımmüdafiəçinin nişanlandığı xanım Sevil Novruzovadır.

S.Novruzova 11-ci sinfi ABŞ-da, ali təhsili isə Hollandiyada başa vurub.

Ozan Can nişanlısının qardaşı Tamerlan Novruzovla uzun müddətdir ki, dostluq edir.

Nişan mərasimi yalnız valideynlərinin iştirakı ilə Bakıda keçirilib.

Qeyd edək ki, Ozan Can Kökçü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvüdür. Onun "Sabah"la müqaviləsi 2021-ci ilin yayında başa çatacaq.

Məlumat üçün bildirək ki, Ozanın kiçik qardaşı Orkun Kökçü Hollandiyanın ən güclü klublarından olan “Feyenoord”un yarımmüdafiəçisidir.

Dİgər xəbərlər