13:48
12 Sentyabr 2020

Azan 4 yaşlı uşaq ailəsinə verildi

Qubada evini tapa bilməyən 4 yaşlı uşaq ailəsinə təhvil verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Quba rayonu ərazisində azyaşlı oğlanın tək dolaşması həmin ərazidə xidmət aparan Rayon Polis Şöbəsinin əməkdaşlarının diqqətini cəlb edib.

Polis əməkdaşları dərhal uşağa yaxınlaşaraq onun səhvən bura gəlməsini və evlərini tapa bilməməsini müəyyən ediblər. Daha sonra azyaşlı rayon Polis Şöbəsinə gətirilərək onun ailəsinin axtarışına başlanılıb.

Qısa müddət ərzində uşağın Qusar rayon sakini 2016-cı il təvəllüdlü A.Q. olduğu müəyyənləşdirilib və həmin azyaşlının valideynləri tapılaraq onlara təhvil verilib.

Valideynlər övladlarının sağlam halda, heç bir zərər görmədən onlara təhvil verilməsinə görə DİN və Quba rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə dərin minnətdarlıqlarını bildiriblər.

Dİgər xəbərlər