Pandemiya səbəbi ilə Gürcüstanda parlament seçkilərinin vaxtının dəyişdirilməsi məsələsi gündəmdə deyil.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri Giorgi Qaxaria keçirdiyi brifinqdə deyib.
“Nə seçkilərin vaxtının dəyişdirilməsi, nə də ölkə iqtisadiyyatına sərt məhdudiyyətlərin tətbiqi məsələsi qətiyyən gündəlikdədir”, - baş nazir bildirib.