13:19
11 Sentyabr 2020

Həbsdəki daha iki yüksək vəzifəli keçmiş məmurun həbs müddəti uzadıldı - YENİLƏNİB

Neftçala rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov və Təhsil Şöbəsinin keçmiş müdiri Əjdər Kərimovun həbs qətimkan tədbiri müddətinin uzadılması ilə bağlı məhkəmə işi başa çatıb.

APA-nın xəbərinə görə, məhkəmənin qərarı ilə onların hər biri barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

***

12.24

Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının cari ilin mart ayında keçirdikləri xüsusi əməliyyat zamanı həbs edilən Neftçala rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Telman Zahidov və Təhsil Şöbəsinin keçmiş müdiri Əjdər Kərimov Səbail rayon Məhkəməsinə gətirilib.

APA-nın xəbərinə görə, hakim İlkin Rüstəmlinin sədrlik etdiyi məhkəmədə sabiq baş həkim və şöbə müdiri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılır.

Qeyd edək ki, sabiq baş həkim və şöbə müdirinə qarşı rüşvət, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və başqa cinayət əməlləri ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Dİgər xəbərlər