"Abırsız susdurdu sanar..." - Əməkdar artist - VİDEO
11 sentyabr 2020 09:27 (UTC +04:00)

"Abırsız susdurdu sanar..." - Əməkdar artist - VİDEO

Əməkdar artist Nuriyyə Hüseynova həmkarlarının paxıllığından söz açıb. Lent.az-ın məlumatına görə, xanəndə “Bağ mövsümü” verilişində bu sözləri deyib:

“Hər yerdə rəqabət olmalıdır. Rəqabət inkişaf deməkdir. Bir neçə sənət dostlarımızın konsertinə getmişik, oradan çıxanda həmkarlarım orada olan çatışmazlıqdan söz açıblar. Mənsə demişəm ki, o insanın çəkdiyi zəhmətə bax. İki saat canlı mahnı oxumaq elə belə iş deyil. Bir insan sponsoru olmadan ortalığa çıxır və nələrsə edir. Əməyə qiymət vermək lazımdır. Mənim dünyamda paxıllıq yoxdur. Bəzən abırlı abırından susar, abırsız da elə bilər ki, o susdurdu”.

# 4216
avatar

Yalçın UĞUR

Oxşar yazılar