Mövsümə məğlubiyyətlə start götürdü
11 sentyabr 2020 09:21 (UTC +04:00)

Mövsümə məğlubiyyətlə start götürdü

Fransa Liqa1-də II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, təxirə salınmış görüşdə PSJ meydana çıxıb.

Paris təmsilçisi 2020/21 mövsümünün ilk qarşılaşmasında debütant "Lans"ın qonağı olub. Birinci oyununda səfərdə "Nitsa"ya məğlub olan "Lans" PSJ-nin əsasən ehtiyat heyəti ilə üz-üzə gəlib. Buna səbəb qonaq komandanın bir neçə aparıcı futbolçusunun koronavirus pandemiyasına yoluxmasıdır.

Bunun da nəticəsində "Lans" rəqibini məğlubiyyətə uğratmağa müvəffəq olub. Beləliklə, PSJ üçün mövsüm uğursuz start götürüb.

Fransa Liqa1-i
II tur
10 sentyabr
"Lans" - PSJ - 1:0
Qanaqo, 57

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar