ÜST: Dünyada koronavirusa qarşı təxminən 180 peyvənd hazırlanır
10 sentyabr 2020 19:35 (UTC +04:00)

ÜST: Dünyada koronavirusa qarşı təxminən 180 peyvənd hazırlanır


Hazırda dünya ölkələri koronavirusa qarşı 180-ə yaxın peyvənd hazırlayır ki, bunlardan 35-i insanların üzərində sınaqdan keçirilir.

APA-nın məlumatına görə, bunu Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri baş direktoru Tedros Adanom Gebreyesus deyib.

"Hazırda 180-ə yaxın peyvənd hazırlanır və onlardan 35-i insanlarda sınaqdan keçirilir. Dünya tarixində heç bir xəstəliklə əlaqədar bu qədər sürətli araşdırma olmamışdı", - deyə ÜST-ün rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1504

Oxşar yazılar