Ata türmədəki oğluna heroin ötürmək istədi
10 sentyabr 2020 13:03 (UTC +04:00)

Ata türmədəki oğluna heroin ötürmək istədi

Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a daxil olan xəbərə görə, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə əsasən təqsirli bilinərək barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Abdullayev Ramil Çingiz oğluna atası Ağdaş şəhər sakini Abdullayev Çingiz Səlim oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Bu zaman orada olan cins şalvara xüsusi üsulla hopdurulmuş ümumi çəkisi 0,128 qram narkotik maddə “heroin” aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1379

Oxşar yazılar