09:40
10 Sentyabr 2020

“Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi tutuldu - FOTO

Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az -a verilən məlumata görə, alınmış əməliyyat məlumatları əsasında keçirilmiş tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini Ramiz Quliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman Ramiz Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha 2 nəfər, “Çopur Ramiz”in yaxınları- əvvəllər oğurluğa görə, məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Dİgər xəbərlər