"Keşlə" braziliyalı futbolçu transfer etdi
09 sentyabr 2020 19:51 (UTC +04:00)

"Keşlə" braziliyalı futbolçu transfer etdi

Bakının "Keşlə" klubu növbəti transferini reallaşdırıb. 

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Alvaro Tavareş Premyer Liqa təmsilçisi ilə anlaşıb. 

Braziliyalı futbolçu mövsümün sonuna qədər "Keşlə"nin şərəfini qoruyacaq. 

Son olaraq Ukraynanın "Lvov" klubunda çıxış edən 25 yaşlı Tavareş ötən mövsüm Ukrayna Premyer Liqası çərçivəsində 18 oyun keçirib və 3 qola imza atıb.

# 1768
avatar

Oxşar yazılar