Luçesku fanatlardan qorxduğundan klubun bazasında yaşayır
09 sentyabr 2020 15:32 (UTC +04:00)

Luçesku fanatlardan qorxduğundan klubun bazasında yaşayır

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku şəhərdə kirayəyə götürülən mənzildə yox, klubun bazasında yaşamaq qərarına gəlib.

Lent.az Ukrayna KİV-nə istinadla bildirir ki, 75 yaşlı mütəxəssis ərazisi yaxşı mühafizə olunan Konçe-Zasle apartamentində yaşayacaq. 

Xatırladaq ki, “Şaxtyor”un uzun müddət baş məşqçisi işləyən rumıniyalı mütəxəssis iyul ayının ikinci yarısından “Dinamo”da çalışır. Bundan sonra paytaxt klubunun radikal fanatları onun keçmişdə “Dinamo”ya qarşı münasibətinə görə bu təyinatla razılaşmayacaqlarını bəyan etmişdilər. 

Luçesku hələ də öz həyatına görə ehtiyat edir. Bunu isə Rumıniyanın “Ziare” nəşri yazıb. İddiaya görə, bu səbəbdən klub bazasında yaşamağa üstünlük verir. 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2165

Oxşar yazılar