971
11:33
09 Sentyabr 2020

"Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır" - Deputat

“Əlilliyin təyin edilməsi sahəsində ciddi problemlər var”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deputat Jalə Əliyeva bildirib.

J. Əliyeva deyib ki, vətəndaş müraciət etsə də, ona sənədlərin natamam olduğu barədə cavab gəlir: “Mənə müraciət edən seçicilərin demək olar ki, hamısında belə problem yaranır. Vətəndaş TƏBİB-lə rayon, Bakı və rayon arasında qalır. Bu hallar aradan qaldırılmalı, vətəndaşlar dövlətdən narazı salınmamalıdır”.

Deputat qeyd edib ki, Özünüməşğulluq Proqramı ilə bağlı müraciətlərə baxılmasında da bəzi hallarda laqeydlik müşahidə olunur: “Bu kimi hallar da aradan qaldırılmalıdır”.

Dİgər xəbərlər