Koronavirus statistikası: 128 nəfər sağaldı,  139 nəfər yoluxdu, 1 nəfər öldü
08 sentyabr 2020 16:34 (UTC +04:00)

Koronavirus statistikası: 128 nəfər sağaldı, 139 nəfər yoluxdu, 1 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 139 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 37557 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34965 nəfər müalicə olunaraq sağalıb, 552 nəfər vəfat edib, aktiv xəstə sayı 2040 nəfərdir.

Ölkədə son sutka ərzində 6798, hazırkı dövrədək isə 973838 test aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2555

Oxşar yazılar