“2020-ci ildə ümumi plan yerlərinin sayı 1.79 % (858) artıb”.
Lent.az məlumat verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, ötən illə müqayisədə bu il I ixtisas qrupunda 1.96 % (299 yer) azalıb:
“II ixtisas qrupunda qəbul planları 2.69 % (381 yer) azalıb. III ixtisas qrupunda 9 % (1 015 yer), IV ixtisas qrupunda 10 % (390 yer), V ixtisas qrupunda isə 3.71 % (133) plan yeri artıb”.
DİM sədri əlavə edib ki, bu il dövlət sifarişi üzrə plan yerlərinin sayı 1 610 (8 %) yer artıb:
“Ötən il dövlət sifarişi olan yerlərin sayı 20 189 olub, bu il isə bu rəqəm 21 799 olub”.