Yeni tədris ilində dövlət sifarişi üzrə ayrılan plan yerlərinin SAYI
08 sentyabr 2020 13:55 (UTC +04:00)

Yeni tədris ilində dövlət sifarişi üzrə ayrılan plan yerlərinin SAYI

0

Ali təhsil müəssisələrinin ixtisas qrupları üzrə ayrılmış ümumi plan yerlərinin sayı açıqlanıb.

Lent.az məlumat verir ki, bu barədə təhsil eksperti Elçin Əfəndi bildirib. O qeyd edib ki, ümumilikdə say 45 515-dir:

“Belə ki, I ixtisas qrupu üzrə - 14 149, II ixtisas qrupu üzrə - 12883, III ixtisas qrupu üzrə - 11 184, IV ixtisas qrupu üzrə - 3 705, V ixtisas qrupu üzrə isə 3 594 plan yeri ayrılıb”.

Ekspert həmçinin qeyd edib ki, tədris ili üzrə dövlət sifarişi ilə ayrılan plan yerlərinin sayı da bəlli olub:

“Məhz dövlət sifarişi üzrə ayrılan plan yerlərinin sayı 21 934-dür (I ixtisas qrupu üzrə - 9 390 yer, II ixtisas qrupu üzrə-4 115 yer, III ixtisas qrupu üzrə - 4 256 yer, IV ixtisas qrupu üzrə - 2 660 yer, V ixtisas qrupu üzrə isə 1 513 yer)”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2640

Oxşar yazılar