Polisə müqavimət göstərən ər-arvadın işi MƏHKƏMƏDƏ
08 sentyabr 2020 12:38 (UTC +04:00)

Polisə müqavimət göstərən ər-arvadın işi MƏHKƏMƏDƏ

Bu il iyunun 9-da Gədəbəy rayonu, Zəhmətkənd kəndi ərazisində xidməti xəzifələrini icra edən Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşlarına kənd sakinlərinin müqavimət göstərərək zor tətbiq etməsi faktı üzrə Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Gədəbəy rayon Prokurorluğundan Lent.az-a daxil olan xəbərə görə, istintaqla Zəhmətkənd bələdiyyəsinin mülkiyyətində olan ümumi istifadə üçün nəzərdə tutulan su bulağının iddiaçı Yasəmən Sadıqova tərəfindən istifadə edilməsinə yaradılan maneələrin aradan qaldırılması barədə rayon məhkəməsinin qətnaməsinin icrası ilə əlaqədar həyata keçirilən icra tədbiri zamanı xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarını qorxutmaq və xidməti vəzifələrinin icrasına mane olmaq məqsədilə kənd sakini Əli Məmmədəliyev yumruq və əlindəki balta ilə polis əməkdaşı Nurlan Əsgərova hücum edərək, dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirib. Arvadı Tahirə Məmmədəliyevanın isə polis əməkdaşı Yaşar Hüseynovun üzərinə benzin tökərək, əli ilə ona dərəcəsi təyin edilməyən bir neçə bədən xəsarəti yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Onlar Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə Əli Məmmədəliyev barəsinə həbs, arvadı Tahirə Məmmədəliyeva barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gədəbəy rayon Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2058

Oxşar yazılar