Kolumbiyada silahlı insident zamanı 6 nəfər öldü
08 sentyabr 2020 04:20 (UTC +04:00)

Kolumbiyada silahlı insident zamanı 6 nəfər öldü

 

Kolumbiyanın şimal-qərbində törədilmiş silahlı hücum zamanı azı altı nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Saraqosa bələdiyyəsində baş verib. Bir qrup silahlı şəxs beş mədənçini və bilyard klubunun sahibini güllələyiblər.

İstintaq qrupu hadisə ilə bağlı araşdırmalara başlayıb. Əraziyə əlavə qüvvələrin göndərildiyi qeyd edilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1343

Oxşar yazılar