Sağlam doğulan uşaq öldü, cinayət işi açıldı
07 sentyabr 2020 16:51 (UTC +04:00)

Sağlam doğulan uşaq öldü, cinayət işi açıldı

Sentyabrın 5-də səhər saat 9 radələrində Bərdə rayonu, Mirzalıbəyli kənd sakini Aytac Qasımovanın yeni doğulmuş uşağının ölməsi barədə rayon Prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirərək, digər prosessual hərəkətlər yerinə yetirib.

Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Aytac Qasımovanın sentyabrın 4-də saat 16 radələrində doğuş sancıları ilə Bərdə doğum evinə qəbul edilməsi, həmin gün qeysəriyyə əməliyyatı aparıldıqdan sonra sağlam uşağın doğulmasına baxmayaraq, həkimlərin səhlənkarlığı nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 3421
avatar

Mehman Nəbiyev

Oxşar yazılar