Bakıda ölümlə nəticələnən yol qəzası olub.
DİN mətbuat xidmətindən Lent.az-a daxil olan xəbərə görə, sentyabrın 5-də saat 23 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Əliyev idarə etdiyi “Tata” markalı avtobusla yolu keçən 50-55 yaşlarında kişini vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.