Kənd sakini qonşusunu güllələdi
07 sentyabr 2020 13:04 (UTC +04:00)

Kənd sakini qonşusunu güllələdi

Sentyabrın 6-da Bərdə rayonu, Dəymədağıldı kəndi ərazisində kənd sakini Y.Kərimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qonşusu A.Əliyevə topuq nahiyəsinə xəsarət yetirməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Kərimov saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1833

Oxşar yazılar