21:57
05 Sentyabr 2020

Azərbaycan millisi Lüksemburqla bacarmadı

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxıb.

C liqasının 1-ci qrupunda mübarizə aparan komandamız Lüksemburqla görüşüb. Bakı Olimpiya Stadionunda təşkil olunan matç qonaqların üstünlüyü şəraitində keçib.

Lüksemburqluların fəallığı 26-cı dəqiqədə Mahir Emreli rəqibi vurduğu üçün meydandan qovulmasına gətirib çıxarıb. Bundan sonra qonaqların üstünlüyü daha qabarıq görünsə də, hesabı millimiz açıb. Ramil Şeydayev yığmada 5-ci qolunu vurub.

Azlıqda qalan komandamızın üstünlüyü uzun sürməyib. İkinci hissənin əvvəlində Anton Krivotsyuk qonaqların bacarmadığını edərək topu öz qapımıza vurub.

İtaliyalı Canni de Byazinin baş məşqçi kimi debütü ilə əlamətdar olan qarşılaşmada bir xal da qazanmaq mümkün olmayıb. Adil Nağıyevin əllə oynadığı üçün təyin olunan penalti zamanı Emil Balayev də komandanı xilas edə bilməyib. Beləliklə, yığmamız Millətlər Liqasının yeni mövsümünə ev məğlubiyyəti ilə başlayıb.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq - 1:2
Qollar:
Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72
Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Azərbaycan: 1. Emil Balayev, , 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 6. Namiq Ələsgərov, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov,
Baş məşqçi: Canni de Byazi
Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 13. Dirk Karlson, 18. Laoren Yans (k), 8. Kristofer Martins, 11. Vinsen Till, 15. Olivye Till, 16. Leandro Barreyro, 21. Mauritse Devill, 10. Gerson Rodriges
Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç,. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç,
Baş məşqçi: Lük Holts
Bakı Olimpiya Stadionu

Dİgər xəbərlər