3225
18:34
05 Sentyabr 2020

Azərbaycan Tank biatlonu müsabiqəsində 4-cü oldu


Rusiyada keçirilən Beynəlxalq Ordu oyunlarına yekun vurulub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Alabino poliqonunda keçirilən Tank biatlonu müsabiqəsinin final mərhələsi baş tutub.

Finalda Rusiya, Çin və Belarus tankçıları ilə mübarizə aparan Azərbaycan hərbçiləri hədəfləri və maneələri dəf ediblər.

Azərbaycan tankçıları Tank biatlonu müsabiqəsində 16 ölkə arasında dördüncü yeri tutublar.

Turnirin qalibi isə daha güclü tankla mübarizə aparan Rusiya tankçıları olub. İkinci və üçüncü yerləri müvafiq olaraq Çin və Belarus tankçıları qazanıblar.

Dİgər xəbərlər