Yığmamızın ilk sınağı - Bu gün
05 sentyabr 2020 17:28 (UTC +04:00)

Yığmamızın ilk sınağı - Bu gün

Bu gün Azərbaycan milli komandası növbəti oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, yığmamız 2020-ci ildəki ilk görüşünə Millətlər Liqası çərçivəsində çıxacaq.

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız Lüksemburqla görüşəcək. Qarşılaşma italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.

Əsas hədəfi qrup qalibi kimi B liqasına yüksəlmək olan yığmamız Bakı Olimpiya Stadionunun azarkeşsiz tribunaları önündə oynayacaq. D liqasından C liqasına yalnız islahatlar sayəsində yüksələn milli bura layiq olduğunu da uğurlu nəticə ilə təsdiqləməlidir. 

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası
C liqası, 1-ci qrup
I tur, 5 sentyabr
20:00. Azərbaycan - Lüksemburq
Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)
Bakı Olimpiya Stadionu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3304

Oxşar yazılar