Azərbaycan millisinin sabiq futbolçusu Cihan Özkara komandasını dəyişib.
Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək.
Milliləşdirilmiş oyunçu TFF 1. Liqa təmsilçisi "İstanbulspor"la müqavilə imzalayıb. İstanbul klubu onunla 3 illik müqavilə imzalandığını bəyan edib. Ötən mövsümü Almaniyanın IV liqa komandası "Rot-Veis Oberhauzen"də keçirən forvard 24 görüşdə 1 dəfə fərqlənib.
Qeyd edək ki, Cihan Özkara Azərbaycan millisinin heyətində 18 oyun keçirib, 1 qola imza atıb.