Bakı-Qazax magistralında “KamAZ” piyadanı vurdu
05 sentyabr 2020 01:18 (UTC +04:00)

Bakı-Qazax magistralında “KamAZ” piyadanı vurdu


Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

“KamAZ” markalı avtomobil yolu keçən Bərdə rayonunda məskunlaşan Zəngilan rayon sakini, 1965-ci il təvəllüdlü Şəmilov Tofiq Muxtar oğlunu vurub. Ağır yaralanan piyada Hacıqabul Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2044

Oxşar yazılar