81 yaşlı molla 44 yaşlı nikahsız arvadını öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB
04 sentyabr 2020 17:34 (UTC +04:00)

81 yaşlı molla 44 yaşlı nikahsız arvadını öldürdü - TƏFƏRRÜAT - YENİLƏNİB

Sabirabadda yaşlı kişinin arvadını öldürməsi ilə bağlı bir sıra təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, keçmiş arvadı dünyasını dəyişən 1939-cu il təvəllüdlü Yaqub Eyyubov 1976-cı il təvəllüdlü Mətanət Eyyubova ilə 10 il əvvəl rəsmi nikahsız ailə həyatı qurub. Y.Eyyubov kənddə mollalıq edirmiş. M.Eyyubova isə rayonun Qaralar kəndindən Eyyubovlar ailəsinə gəlin köçüb. Bundan əvvəl ailədə heç bir söz-söhbət, yaxud problem olmadığı bildirilir. Bundan əlavə, 81 yaşlı kişinin 3 oğlu və 1 qızı olduğu qeyd olunur.

Hadisə yerində polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən lazımi istintaq tədbirləri görülür. M.Eyyubovanın meyitinin isə hazırda "morq"da olduğu deyilir.

***

Saat: 16:45

Sabirabadda 81 yaşlı kişi 44 yaşlı arvadını qətlə yetirib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Qəzli kəndində baş verib. Həmin kəndin sakini, 1939-cu il təvəllüdlü Eyyubov Yaqub Abas oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1976-cı il təvəllüdlü Eyyubova Mətanət Əlihüseyn qızını bıçaqlayaraq qətlə yetirib. Ürək nahiyəsindən 2 bıçaq zərbəsi alan qadın xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad rayon prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

# 6697
avatar

Mehman Nəbiyev

Oxşar yazılar