Maşını "KamAZ"a çırpdı, sərnişini öldü
04 sentyabr 2020 18:44 (UTC +04:00)

Maşını "KamAZ"a çırpdı, sərnişini öldü

Sentyabrın 3-də saat gecə saat 1 radələrində rayonun Muğan qəsəbəsi ərazisində Bərdə rayon sakini C.Rzayev idarə etdiyi “Ford” markalı yük avtomobilini qarşıda gedən Kürdəmir rayon sakini E.Abdurrahmanovun idarə etdiyi “KamAZ” markalı avtomobilə vurub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə C.Rzayevin sərnişini - Bərdə rayon sakini Qabil İbrahimov hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2008

Oxşar yazılar