COVID xəstələrində ölüm hallarını azaldan dərmanlar açıqlanıb
04 sentyabr 2020 09:39 (UTC +04:00)

COVID xəstələrində ölüm hallarını azaldan dərmanlar açıqlanıb

Steroid dərmanları (iltibab əleyhinə) yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölümün qarşısını ala bilir. 

e-tibb.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və İngiltərədən olan alimlərin ortaq şəkildə apardıqları  araşdırmaya görə, steroid dərmanları yeni növ koronavirusa (COVID-19) yoluxanlarda ölüm nisbətlərini 20 faiz azaldır. “Journal of American Medical Association”da dərc olunan məqaləyə görə, ÜST və Bristol Universitetinin Milli Sağlamlıq Araşdırmaları İnstitutu tərəfindən aparılan araşdırmada, 12 ölkədə COVID-19 xəstələrində üç fərqli steroid istifadəsi ilə bağlı yeddi iş analiz edilib. Araşdırmada mütəmadi olaraq steroid (deksametazon, hidrokortizon və metilprednizolon) qəbul edən 678 və etməyən 1025 xəstə 28 gün izlənilib. Steroid dərmanlarının COVID-19-dan ölüm nisbətini təxminən 20 faiz azaltdığı sübut edilib.

Bristol Universitetindən tibbi statistika və epidemiologiya üzrə professoru Conatan Sterne bildirib ki, steroidlər COVID-19-un ən çox təsir etdiyi insanlarda ölüm hallarının azaldılması üçün ən təsirli, ucuz və asanlıqla əldə edilən dərmanlardır. Tədqiqat nəticələri göstərib ki, bu dərmanların yaş və cinsiyyətdən asılı olmayaraq hər kəsə müsbət təsir göstərib.

# 3760
avatar

Oxşar yazılar