Avtobuslarda gediş haqqı 50 qəpik olacaq? - RƏSMİ CAVAB
03 sentyabr 2020 12:34 (UTC +04:00)

Avtobuslarda gediş haqqı 50 qəpik olacaq? - RƏSMİ CAVAB

“Avtobuslarda gediş haqqının artırılacağı ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və əsassızdır”.

Bu sözləri Lent.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. O bildirib ki, ölkədə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı - Azərbaycan Respublikasının Tarif Şurasıdır:

“Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olaraq, BNA tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”.

M.Ağayev əlavə edib ki, bu gün gündəmdə duran əsas məsələ əhaliyə göstərilən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini artırmaq, rahat və təhlükəsiz sərnişindaşımaların təşkilinə nail olmaqdır.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə, eləcə də yerli mediada avtobuslarda gediş haqqının 50 qəpiyə qaldırılacağı barədə məlumatlar yayılıb.

# 12763
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar