Dünyanın ən çox qazanan aktyoru koronavirusa yoluxdu
03 sentyabr 2020 12:25 (UTC +04:00)

Dünyanın ən çox qazanan aktyoru koronavirusa yoluxdu

Dünyanın ən çox qazanan aktyoru" Duayn Conson, üç həftə əvvəl keçirdiyi koronavirus testinin müsbət olduğunu açıqlayıb. 

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, amerikalı ulduz özünün və ailəsinin koronavirusa tutulduğunu bildirib.

Xəstəlik prosesi ilə əlaqədar olaraq Conson deyib: “Son üç həftə ərzində yaşadıqlarımı sizinlə bölüşmək istədim. Həyat yoldaşım Lauren, özüm və iki qızımız koronavirusa yoluxduq. Bunu deyə bilərəm; bu indiyə qədər yaşadığım ən çətin şeylərdən biri idi. Keçmişdə çox şeydən xilas oldum, amma koronavirus hamısından fərqli idi”.

48 yaşlı aktyor bütün ailəsinin qəfil xəstələnməsindən şoka düşdüyünü və hazırda sağaldıqlarını söyləyib.

# 5317
avatar

Oxşar yazılar